Prokuror "Polojeniya Anar" ləqəbli kriminal avtoritetə cəza istədi

Prokuror
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və xuliqanlıqda təqsirləndirilən "Polojeniya Anar" ləqəbli Anar Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Miq.az apa
-ya istinadən xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.
O, A. Məhərrəmovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Proses martın 16-da davam etdiriləcək.
İttihama görə, A. Məhərrəmov istintaqa məlum olmayan bir qrup şəxslə Səbail rayonu ərazisində yerləşən "Night Office" gecə klubunda Kamran Hüseynov adlı şəxsin onunla birlikdə olan qıza sataşdığını əsas gətirərək, sonuncunu döyüb. K. Hüseynova yumruq və təpik zərbələri vurub. Beləliklə, K. Hüseynovun müxtəlif dərəcəli bədən xəsarəti almasına səbəb olub.
A. Məhərrəmovun üzərinə baxış zamanı narkotik vasitə də aşkar edilərək, götürülüb.
A. Məhərrəmov kriminal aləmdə "Polojeniya Anar" kimi tanınıb.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az