"Putin ABŞ-a raket atdı"
"New York Times"ın tviti aranı qarışdırıb. İstiPress-in "Hürriyət"ə istinadla verilən məlumata görə, qəzetin "Twitter" hesabını hakerlər tərəfindən ələ keçeirilib. "@NYTvideo" adlı səhifədə Rusiyanın ABŞ-a raket atdığı barədə məlumat yerləşdirilib. Xəbər "son dəqiqə" başlığı ilə təqdim edilib.
Lakin bu mesaj qısa zaman sonra silinib. Eyni profildə açıqlama yerləşdirilib və qeyd edilib ki, bu qəzetin iradəsindən kənar yerləşdirilən tvit olub. "Bu səhifədə bizdən icazəsiz yazılan tvitlər silindi. Məsələ ilə bağlı araşdırma aparılır".
Qeyd edək ki, bu "Twitter" hesablarına haker hücumları ilə bağlı ilk hal deyil. Ötən ay analoji vəziyyət Britni Spirs və Bob Dilanın da başına gəlib. Hakerlər səhifələrində onların öldükləri barədə məlumat yerləşdiriblər.
"OurMine" adlı haker qrupu "NY TIMES"a da bir mesaj göndərib və problemi aradan qaldırmaq üçün əməkdaşlıq təklif edib.
Miq.Az