Putin azərbaycanlı iş adamına orden verdi

Putin azərbaycanlı iş adamına orden verdi
Rusiya Prezidenti Vladimir Putin azərbaycanlı iş adamı, Ümumrusiya Azərbaycan Konqresinin Moskva vilayəti üzrə regional bölməsinin sədri, Rusiyanın əməkdar inşaatçısı Əlizaman Rəhimovu "Dostluq" ordeni ilə təltif edib.
Vətəninfo.az-ın  APA-ya istinadla verdiyi xəbərə görə, bu barədə məlumat Rusiya prezidentinin hüquqi informasiya portalında yerləşdirilib.
Rusiya prezidentinin sərəncamında ali dövlət mükafatının Ə. Rəhimova əmək fəaliyyətindəki uğurlarına və çoxillik vicdanlı fəaliyyətinə görə verildiyi qeyd olunub.
Xatırladaq ki, Ə. Rəhimov Moskva vilayətində fəaliyyət göstərən "Günay" istehsalat-kommersiya şirkətinin direktoru vəzifəsində çalışır.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az