Ermənistanın paytaxtı Yerevanda əhalinin elektrik qiymətlərinin artımına görə hökumət əleyhinə keçirdiyi mitinqlər hələ də davam etməkdədir.
Bəzi mətbuat orqanları və ekspertlər hesab edir ki, Yerevanın Baqramyan prospektində davam edən sosial tələbli aksiyalar siyasi müstəviyə keçəcək və bu, Ermənistan hakimiyyəti üçün “Maydan” ssenarisi olacaq.
Modern.az saytının verdiyi xəbərə görə Almaniyanın “Huffingtonpost Deutschland” nəşri yazıb ki, Moskva Yerevandakı nümayişlərin nəticəsi olaraq Ermənistan hakimiyyətinin devrilməsindən çox qorxur.
Rusiya hökumət dairələrinin Ermənistandakı hadisələrlə əlaqədar çox ciddi qorxu ilə sınağa çəkildiklərini diqqətə çatdıran məqalədə bildirilib ki, Kreml hadisələrin bu yerə çatmasında ABŞ-ı günahkar görür.
Qeyd olunub ki, əhalisinin 30 faizinin yoxsulluq içərisində yaşadığı Ermənistanın Rusiyadan iqtisadi asılılığı isə ölkədə vəziyyəti bir az da qəlizləşdirir.
Bununla belə vurğulanıb ki, Rusiya nə qədər qorxuya düşsə də, Ermənistanda hakimiyyət dəyişikliyi real görünmür.
“Rusiya daha bir postsovet ölkəsini itirməyə hazır deyil. Rusiya lideri Vladimir Putin Yerevana görə daha bir düşmən qazanmaq istəmir”,-deyə bildirilib.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL