Qadın kişini bıçaqladı - Bakıda

Qadın kişini bıçaqladı - Bakıda
Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə avqustun 27-də baş verib.

Bakı şəhər sakini Vüsal Səbzəliyev bıçaqlanıb. O, xəstəxanaya gətirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

Xətai rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Göyçay rayon sakini Lalə Musayeva tutulub.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb. /Teleqraf.com/ 

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az