Bakıda dənizdə bir nəfər batıb.
Vətəninfo.az-ın məlumatına görə, Musavat.com FHN-in saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda dənizdə batmış 1 nəfərin axtarışlarına Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri cəlb olunub.
Batan şəxsin qonşuları Musavat.com-a hadisə ilə bağlı bəzi detalları açıqlayıblar. Məlumata görə, dənizdə batan Suraxanı rayon Mühafizə İdarəsinin əməkdaşı Nuralıyev Zaur Zakir oğludur, Bakının Hövsan qəsəbəsində yaşayır. Çavuş vəzifəsində çalışan Zaur Xəzər dənizinin Şüvəlan qəsəbəsi hissəsində batan qadını xilas etmək istəyib, nəticədə özü batıb. Hazırda onun axtarışları davam etdirilir. Əslən İsmayıllı rayonunu Buynuz kəndindən olan Zaur Nuralıyevin ailə üzvləri də hadisənin baş verdiyi yerdədirlər.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL