Qapını sındırıb evə girən şəxslər qadını hədələdi - AZƏRBAYCANDA

Qapını sındırıb evə girən şəxslər qadını hədələdi - AZƏRBAYCANDA

Şəmkirdə quldurluq hadisəsi baş verib. Miq.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, dekabrın 12-də Şəmkir rayonunun Qaracəmirli kəndində yaşayan Günel Yusifovanın evinə qapının qıfılını sındırmaq yolu ilə girmiş 2 naməlum şəxs onu bıçaqla hədələyərək pul və qızıl  əşyalar verməsini tələb etmiş, səs-küy yarandığından istədiklərinə nail ola bilməyib hadisə yerini tərk ediblər.
Şəmkir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmkəndliləri Xəyal Həsənov və Rəşad Quliyev tutulublar.

Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az