Qarabağla bağlı KRİTİK GÖRÜŞ: Putin Paşinyanı Moskvada gözləyir

Qarabağla bağlı KRİTİK GÖRÜŞ: Putin Paşinyanı Moskvada gözləyir

Ermənistanın Baş naziri vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyan Rusiyaya səfər edəcək.

Publika.az xəbər verir ki, bu barədə Kremlin yaydığı yazılı açıqlamada bildirilir.

Qeyd edilir ki, Rusiya lideri Nikol Paşinyanı Moskvada qəbul edəcək.

Məlumatda deyilir ki, görüş zamanı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixində Qarabağda hərbi əməliyyatların dayandırılması ilə bağlı imzaladıqları anlaşmanın tətbiqi, humanitar yardım, bölgədə iqtisadi və nəqliyyat əlaqələrinin yenidən qurulması ilə əlaqəli məsələlər müzakirə ediləcək.

Həmçinin Rusiya ilə Ermənistan arasındakı münasibətlər də müzakirə mövzusu olacaq.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az