Qardaş bacısını öldürdü - Sumqayıtda

Qardaş bacısını öldürdü - Sumqayıtda

Sumqayıt şəhərində qətl hadisəsi baş verib.

Miq.az  xəbər verir ki, Sumqayıt şəhər Prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə oktyabrın 11-də səhər saat 07 radələrində şəhərin Saray bağları yaşayış massivində qeydə alınıb.

Həmin massivdə yaşayan 1992-ci il təvəllüdlü Pərviz Şahbazov qısqanclıq zəminində bacısı Zümrüd Soltanovanı bıçaqla qətlə yetirib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsilə cinayət işi başlanıb. P.Şahbazovun tutularaq istintaqa təhvil verilməsi istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az