Qardaş qardaşı ürəyindən bıçaqlayaraq öldürdü

Qardaş qardaşı ürəyindən bıçaqlayaraq öldürdü
Bakıda qətl hadisəsi törədilib.

Hadisə paytaxtın Sabunçu rayonu ərazisində, İlyas Aslanov küçəsində baş verib.

APA-nın veridyi məlumata görə, Xəlilov Məlik Ağarəhim oğlu qardaşı tərəfindən qətlə yetirilib. O, ürəyindən bıçaq xəsarəti alıb və xəstəxanaya çatdırılıb. Lakin Məlik Xəlilovun həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törətməkdə şübhəli bilinən qardaş saxlanılıb. Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
 
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az