Bakı-Sumqayıt yolunda baş verən ağır yol qəzasında xəsarət almış yaralıların durumu ağırdır. Sumqayıt mərkəzi şəhər xəstəxanasının baş həkimi Vaqif Qəhrəmanovun sözlərinə görə, hadisədən sonra xəstəxanaya 10 yaralı gətirilib.
"Bizə 10 nəfər gətirildi, həkimlər daxil olan yaralıları ilkin müayinədən keçirdi, sonra onları uyğun şöbələrə yerləşdirdik. Yaralıların böyük əksəriyyətinin vəziyyəti ağır olduğundan onlar reanimasiya blokuna, oradan isə cərrahiyyə otağına köçürüldü. Hazırda 4 yaralı üzərində əməliyyat gedir, digərlərinə isə yardım göstərilir. Yaralılardan 6 nəfərin vəziyyəti ağırdır, onlara aldıqları travmaya uyğun hər bir yardım göstərilir”.
Hadisənin canlı şahidi olmuş şəxs qəzanın səbəbləri barədə ehtimallarını söyləyib. Mikroavtobusla yanaşı hərəkət edən maşının sürücüsü qəzanın bir an işində baş verdiyini deyib:
"Sürücü qəfildən ayıldı, kamera gördü, ya nə isə oldu, bilmədik. İdarəetməni itirdi, maşını dəmir hasara çırpdı. Hasardakı dəmir maneə maşını və içəridəki sərnişinləri ot kimi biçdi. Bu, qəza deyildi, qətliam idi”.
Xatırladaq ki, Bakı-Sumqayıt yolunda mikroavtobusun qəzaya uğraması nəticəsində 3 nəfər ölüb, 9 nəfər yaralanıb. Maşından olan sərnişinlərdən iki nəfəri hadisə yerində, biri isə xəstəxanada keçinib. Faktla bağlı araşdırma aparılır.
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”