"Qisasımızı ALACAĞIQ": Zelenskidən SƏRT AÇIQLAMA


Ruslar Ukraynanın Xarkov şəhəri və ətrafında olan üç müxtəlif bölgəyə gecə saatlarında zərbələr endirib.

Publika.az xəbər verir ki, Ukrayna Fövqəladə Hallar Xidməti hücumlarda 10 nəfərin öldüyünü, 17 nəfərin yaralandığını açıqlayıb.

Ukrayna prezidenti Vladimir Zelenski hücumlarla bağlı verdiyi açıqlamada şəhərin mərkəzində 7 nəfərin öldüyü binanın tamamilə dağıdıldığını qeyd edərək "Bu, heç bir əsası olmayan mülki şəxslərə qarşı hücumdur. Biz bunu edənləri bağışlamayacağıq, qisasımızı alacağıq”, - deyə bildirib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az