Qızıl Məryəmi öldürən qızı deyilmiş

Qızıl Məryəmi öldürən qızı deyilmiş
Qızıl Məryəmi öldürən qızı ilə bağlı - İlginc fakt

Yanvarın 5-də Bakının Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi 17 ünvanında öz evində qətlə yetirilən Qızıl Məryəm kimi tanınan iş adamı Məryəm Namidzadə barədə yeni faktlar ortaya çıxıb.
 
Ölkə.az-ın məlumatına görə, biznes-ledini qətlə yetirməkdə şübhəli bilinərək saxlanılan Günel Hüseynova onun doğma qızı deyilmiş. O, Güneli uşaq evindən götürüb saxlayırmış. Sonradan G.Hüseynova bu barədə xəbər tutub və Məryəm Namidzadəylə münasibətlərində soyuqluq yaranıb.
 
Xatırladaq ki, 1960-cı il təvəllüdlü Məryəm Namidzadənin yanvarın 5-də Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi 17 ünvanında yaşayan 1960-cı il təvəllüdlü Məryəm Namidzadənin xüsusi amansızlıqla öldürülmüş meyiti yaşadığı evdə aşkar edilib.
 
Qeyd edək ki, o, Bakıdakı məşhur "Jevellery” zinət əşyaları mağazasının sahibi olub.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az