Ramil Usubov generalın dəfnində

Ramil Usubov generalın dəfnində

Dünən ürəktutmasından dünyasını dəyişən general Rasim Musayev bu gün dəfn olunur.

Vətəninfo.az "Qafqazinfo”ya istinadla xəbər verir ki, general "Mehdiabad" qəbiristanlığında torpağa tapşırılır. R.Musayevin dəfnində Daxili İşlər Nazirliyinin yüksək rütbəli əməkdaşları, o cümlədən nazir Ramil Usubov da iştirak edir.

Qeyd edək ki, Rasim Musayevə 2011-ci ildə Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə polis general-mayoru ali xüsusi rütbəsi verilib.

Öz xahişi əsasında, 2013-cü il yanvarın 21-də daxili işlər nazirinin əmri ilə Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsindən azad edilib. Onu da əlavə edək ki, R.Musayev Gəncə polisinə rəhbərlik edən ilk general olub. Eyni zamanda, onun bu vəzifədən hansı səbəblərdən istefa verməsi uzun müddət mətbuatın müzakirə mövzusu olub.

Gəncədən Bakıya qayıdan general bir neçə gün sonra, yəni, 2013-cü ilin fevral ayının 2-də Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin rəisi təyin edilmişdi.




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az