Ramiz Mehdiyev barədə bir adamdan müsbət söz eşitməmişəm — Deputat

Ramiz Mehdiyev barədə bir adamdan müsbət söz eşitməmişəm — Deputat
Olduqca ağır və ciddi iddihamlardır. Dövlət çevrilişinə cəhd, hakimiyyəti zorla əldə saxlama, korrupsiya ilə bağlı iddihamlar - olduqca ciddi məsələdir. Yəqin ki, istintaqın gedişində yeni-yeni adlar da ortaya çıxacaq”.

Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Musa Quliyev deyib. O bildirib ki, Ramiz Mehdiyevlə bağlı mövqeyi həmişə aydın olub:

"Ramiz Mehdiyevin pandemiya vaxtı nəvəsinin toyu olanda mən açıq mövqeyimi ifadə etmişəm, saytlarda da var. Elmlər Akademiyasında oyunlar çıxardanda da ən sərt şəkildə sözümü demişəm. O ki qaldı hökümətdə və parlamentdə Ramiz Mehdiyevin adamlarının olmasına, hər halda istintaq zamanı məlum olacaq, istintaqın sonunu gözləməliyik. İstənilən halda, Mehdiyevin obrazı Azərbaycanda hər kəsdə ikrah doğuran obrazdır. Onun haqqında hələ bir adamın müsbət fikir dediyini eşitməmişəm”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az