Rəsmi Tehran: "İranın S-400-ə ehtiyacı yoxdur"
"Biz Rusiyaya S-400 zenit raket kompleksi almaqla bağlı müraciət etməmişik”.
Bunu İran XİN-in nümayəndəsi Abbas Musəvi deyib.
O bildirib ki, rəsmi Tehran Rusiyaya S-400 uzaq və orta mənzilli zenit raket sistemlərinin tədarükü ilə bağlı müraciət etməyib.
A.Musəvinin sözlərinə görə, hazırda İran tərəfinin bu kompleksə ehtiyacı yoxdur.
Azvision.az xatırladır ki, son günlər Rusiyanın İrana S-400 zenit raket kompleksi satmaqdan imtina etməsi barədə məlumatlar yayılıb.
Miq.az