Rus hərbi təyyarəsi ABŞ-ı qorxuya saldı VİDEO

Rus hərbi təyyarəsi ABŞ-ı qorxuya saldı VİDEO
Təyarə Ağ ev, Pentaqon üstündə uçuş edib

Ağ evin üzərindən uçan Rusiya təyyarəsi ABŞ-ı qorxuya saldı. İstiPress-in məlumatına görə, Rusiya Hava Kosmik Qüvvələrinə məxsus təyyarə Ağ evlə yanaşı, Pentaqon, Mərkəzi Kəşfiyyat İdarəsi, Konqres kimi strateji obyektlər üzərində uçuş həyata keçirib.
Sosial şəbəkələrdə böyük təşvişə səbəb olan uçuşu bəziləri Trampın Rusiya siyasəti ilə əlaqələndirib. 
ABŞ Müdafiə Nazirliyinin rəsmisi uçuşla bağlı açıqlama verib. O, bunun müşahidə uçuşu olduğunu deyib. Uçuş "Açıq səma" razılaşmasına əsasən baş tutub. Razılaşmaya görə, istənilən yerdə uçuş icazəsi istənilir və demək olar ki, həmişə verilir. Bu yolla əcnəbi hərbi müşahidəçilər demək olar ki, bütün ölkə ərazidə uça bilir. 
Rusiya tərəfi də uçuşun Amerika hökuməti ilə razılaşdırıldığını, göyərtədə ABŞ Hərbi Hava Qüvvələrinin də nümayəndələrinin olduğunu bildirib. 
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az