Rusiya ABŞ nüvə bombardmançısını ələ keçirdi - TƏHLÜKƏLİ ANLAR

Rusiya ABŞ nüvə bombardmançısını ələ keçirdi - TƏHLÜKƏLİ ANLAR
Rusiya Baltik dənizi üzərində ABŞ B-52 strateji bombardmançısını ələ keçirmək üçün Su-27 qırıcısını havaya qaldırıb.

Publika.az "RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyi bildirib.
"Rusiyanın Su-27 qırıcısının ekipajı təhlükəsiz məsafəyə qədər hava obyektinə yaxınlaşıb. Onun B-52 Amerika strateji bombardmançısı olduğunu müəyyən edib və müşayiəti həyata keçirib”, - xəbərdə qeyd edilir.
Xəbərə görə, bombardmançının Rusiya sərhədindən uzaqlaşmasından sonra Su-27 qırıcısı öz aerodromuna sağ-salamat qayıdıb.
Qeyd edək ki, B-52 bombardmançısı eyni vaxtda 20 ədəd nüvə silahı daşıya bilər: 14 qanadlı raket, 4 B61-7 bombası və 2 B83 bombası.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az