Rusiya bu 3 azərbaycanlı “qanuni oğru”nu axtarır: Göründükləri yerdə... - FOTO

Rusiya bu 3 azərbaycanlı “qanuni oğru”nu axtarır: Göründükləri yerdə... - FOTO
Hazırda kriminal aləmdə "qanuni oğru” statusu olan 432 nəfərdən 312 nəfəri azadlıqdadır. 120 nəfər həbsdə, 28 nəfər istintaq altında, 15 nəfər isə axtarışdadır.

Miq.az-ın cebhe.info-ya istinadən verdiyi məlumata görə, axtarışda olan "qanuni oğru”lar arasında azərbaycanlılar da var.

Bunlardan biri Əmirov Rafet Əlirza oğludur. Kriminal aləmdə Rafet Əli-Bayramlinski kimi tanınır. 1979-cu il təvəllüdlüdür, 2014-cü ildə "taclandırılıb”. Bəzi məlumatlara görə, 1 il sonra statusu geri alınıb. Ancaq bu məlumatı özü inkar edir.

Axtarışda olduğu deyilən digər azərbaycanlı "qanuni oğru” Əliyev Yusif Nurəddin oğludur. Ləqəbi Yusif Şamxorskidir. 1971-ci ildə Şəmkirdə doğulub.2008-ci ildə Moskvada status alıb.

Axtarışdakı üçüncü "qanuni oğru” İsmayılov Rəşad Məmməd oğludur. 1978-ci ildə Gəncədə doğulub və  2013-cü ildə Moskvada "taclandırılıb”.

Qeyd edək ki, hazırda axtarışda olan 15 "qanuni oğru” arasında Bakı ermənisi də var. Bu, Artur Qəribyandır. 1974-cü ildə Bakıda doğulan "oğru” 2001-ci ildən status alıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az