Rusiya hərbçiləri Ağdam şəhəri yaxınlığında yeni yol çəkdirməyə başladı…-FOTO

Rusiya hərbçiləri Ağdam şəhəri yaxınlığında yeni yol çəkdirməyə başladı…-FOTO


Pirlər(keçm. "Xramort”)  kəndi  Ağdam rayonu ilə sərhəddən təxminən  700 -1500 metr,  həmin rayonun Əhmədavar kəndindən təxm. 3 km, Ağdam şəhərindən isə 4-5 km məsafədə yerləşir...
 
"Rusiya sülhməramlı kontingentinin hərbçiləri Dağlıq Qarabağın Xramort kəndindən Əsgəran şəhərinə tərəflərin təmas xətti boyu çəkiləcək yeni yolun tikintisi zamanı təhlükəsizliyi təmin etməyə başlayıblar".
 
Moderator.az xəbər verir ki, Rusiya MN-in rəsmi saytında bu gün – dekabrın 8-i Bakı vaxtı ilə səhər saat 06:00-da yayılmış xəbərdə belə deyilir.
 
Qeyd edək ki, söhbət 1-ci Qarabağ savaşında qaynar döyüşlərin məkanı olmuş, dəfələrlə əldən-ələ keçmiş, uğrunda neçə-neçə şəhidlər verdiyimiz Xocalı rayonunun Pirlər kəndindən gedir. 
 
"Hazırda Xramort kəndində çınqılın çıxarılmasının təhlükəsizliyini təmin etmək üçün tədbirlər görülür. İş təmas xətti boyunca aparılır, bununla əlaqədar Rusiya Federasiyasının sülhməramlı qüvvələrinin iştirakı zəruridir”, - Humanitar Reaksiya Mərkəzinin nümayəndəsi Danil Nikitin bildirib.
 
Yol inşaatçıları Əsgəran rayonunda(1991-ci ildən Xocalı rayonu ərazisinə daxildir-S.L.) demarkasiya xəttinə yaxın yeni yolun əsasını təşkil edəcək çınqılın çıxarılması işlərinə başlayıblar.
 
"Rusiya Federasiyasının sülhməramlı qüvvələri ilə birlikdə biz Xramort kəndindən Əsgərana qədər Rusiya sülhməramlı qüvvələrinin patrul xidməti üçün yolun abadlaşdırılması işlərinə başlayırıq, çünki kənd  təmas xəttindədir", - şirkətin tikinti direktoru Narek Akopyan bildirib. 
 
Bu yol həm mülki şəxslərin yaşayış məntəqələri arasında təhlükəsiz hərəkətinə, həm də sülhməramlıların yeni patrul marşrutunun yaradılmasına xidmət edəcək. Yol tikintisi işlərinin bu ilin sonunadək başa çatdırılması planlaşdırılır”- Rusiya MN-in yaydığı xəbərdə belə deyilir.
 
Onu da xatırladaq ki, Pirlər  kəndi  Ağdam rayonu ilə sərhəddən təxminən  700 -1500 metr,  həmin rayonun Əhmədavar kəndindən təxm. 3 km, Ağdam şəhərindən isə 4-5 km məsafədə yerləşir...
 
Sultan Laçın
 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az