Rusiya İŞİD-i qanadlı raketlərlə belə vurdu + VİDEO

Rusiya İŞİD-i qanadlı raketlərlə belə vurdu  + VİDEO

Rusiyanın Müdafiə Nazirliyi saytında ölkənin Hava-Kosmik Qüvvələrinin (HKS) Tu-95MS strateji raketdaşıyan təyyarələri vasitəsilə Suriyada İŞİD və "Cəbhət əl Nüsra"nın mövqelərinin vurulduğu anların videosunu yayıb.

Milli.Az nazirliyin saytına istinadən bildirir ki, Rusiyanın Tu-95MS təyyarələri terrorçuların komanda məntəqələrinə, silah və sursat anbarlarına, hərbi texnikanın yığışdığı yerlələrə və partladıcı qurğuların hazırlandığı sexlərə qanadlı raketlərlə zərbələr endiriblər.

Raket-bomba udarlarının endirilməsinə Suriya sahillərinin yaxınlığındakı "Admiral Kuznetsov" aviadaşıyıcı gəmisindəki və Hmeymim aerodromundakı Su-33 qırıcıları da cəlb olunub.

Qırıcıları Su-30 təyyarələri qoruyub.

Tu-95MS təyyarələri Rusiyadakı aerodromlardan birində səmaya qalxandan sonra 11 min kilometr qət ediblər.

Raket zərbələrindən sonra təyyarələr Rusiyaya qayıdıblar.
[video=http:// ]
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az