Rusiya kimyəvi hücumla bağlı ABŞ-ı günahlandırır

Rusiya kimyəvi hücumla bağlı ABŞ-ı günahlandırır
"İdlibdə kimyəvi silahdan istifadə ilə bağlı ittiham təhlükəli və vəhşi bir ittihamdır”.

Ötən gün Suriyanın İdlib şəhərini hədəf alan kimyəvi hücumun ardından Rusiya ABŞ-a sərt cavab verib.
İstiPress-in "CNN Türk”ə istinadən verdiyi xəbərə görə, Rusiya Xarici İşlər Nazirliyinin Silahlanmaya Nəzarət Komitəsinin rəhbəri Mixail Ulyanov deyib ki, Suriyadakı bütün kimyəvi silahlar 2014-cü ildə ABŞ-ın köməyi ilə ölkədən çıxarılıb.
Ulyanov, ABŞ Prezidentinin köməkçisi Mayk Pensinin " Moskva və Dəməşq Suriyanın kimyəvi silahları məhv etmək öhdəliyini yerinə yetirməyib" - açıqlamasını da mənasız adlandırıb.
Məsələyə rəsmi Moskva da münasibət bildirib. Kremlin sözcüsü Dmitri Peskov deyib ki, Suriyada kimyəvi silahdan istifadə etmək Bəşər Əsədə qarşı olanlar üçün yararlıdır: "İdlibdə  kimyəvi silahdan istifadə ilə bağlı ittiham təhlükəli və vəhşi bir ittihamdır”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az