Rusiya səfiri yenə Ter-Petrosyanın şəxsi malikanəsinə getdi... - Saat yarımlıq müzakirə?..

Rusiya səfiri yenə Ter-Petrosyanın şəxsi malikanəsinə getdi...  - Saat yarımlıq müzakirə?..

Ermənistanın birinci prezidenti, hazırkı baş nazir N.Paşinyanın ideoloji atası sayılan Levon Ter-Petrosyan Rusiyanın işğalçı ölkədəki səfiri Sergey Kopırkini növbəti dəfə öz şəxsi malikanəsində qəbul edib.

Moderator.az  xəbər verir ki,  erməni saytlarının yaydığı məlumata görə, bu haqda özünün "Facebook” səhifəsində  L.Ter-Petrosyanın mətbuat katibi Arman Musinyan yazıb.   

Saat yarıma yaxın davam edən görüşdə Ermənistan-Rusiya münasibətlərinin inkişafı, regional təhlükəsizlik, o cümlədən son Qarabağ savaşı zamanı əsir düşmüş erməni hərbçilərin qaytarılması və s. məsələlərin  müzakirə edildiyi bildirilir.

Xatırladaq ki, eyni zamanda Ermənistan Milli Konqresi partiyasının lideri olan L.Ter-Petrosyan Azərbaycanın son müzəffər savaşından az öncə - 2020-ci il sentyabrın 9-da və Şuşanın azad edilməsi ilə həmin savaş dayandırıldıqdan 2 gün sonra-  noyabrın 12-də də işğalçı ölkənin müttəfiqi olan Rusiyanın səfirini öz evində qəbul edərək məzmunu tam açıqlanmayan müzakirələr aparıb.

Sultan Laçın



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az