Rusiya Suriyaya görə ABŞ-a ultimatum verdi
"ABŞ Rusiyaya qarşı güc nümayiş etdirir”
Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın Suriyanın Homs şəhərindəki Şayrat hava bazasını vurmasına, "ABŞ, beynəlxalq terrorizmlə mübarizə aparan bir ölkəyə qarşı güc nümayiş etdirməyə qərar verdi” kimi münasibət bildirdi.
İstiPress-in "Sputnik Türkiyə”yə istinadən verdiyi xəbərə görə, Rusiya, qarşı tərəflərin qırıcılarının Suriyada qarşı-qarşıya gəlməməsi üçün ABŞ-la imzalanan uçuş təhlükəsizliyi razılaşmasını da dayandırıb.
Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın mövcud olan problemləri qəsdən "dərinləşdirdiyini” bildirərək, bu hücumun İdlibdəki kimyəvi hücumdan əvvəl planlaşdırıldığını da ifadə edib.
Rəsmi Moskva ABŞ və müttəfiq ölkələrin əsgərlərinin Suriyada olmasını, müstəqil bir dövlətə qarşı açıq hücum hesab edir.
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov baş verənlərı 2003-cü ildə İraqın işğalı ilə müqayisə etdi: "ABŞ-ın Suriya aviabazasına raket zərbələri 2003-cü ildə İraqdakı vəziyyəti xatırladır. Bu, tamamilə saxta bəhanəsi olan təcavüz aktıdır. Bu hadisə 2003-cü ildə ABŞ və Böyük Britaniyanın bir neçə müttəfiqləri ilə İraqa hərbi müdaxiləsini xatırladır", - deyə o qeyd edib.
Rusiya XİN rəhbəri rəsmi Vaşinqtondan açıqlama tələb edəcəklərini də bildirib.
Miq.az