Rusiyanın Ryazan şəhərində 22 yaşlı azərbaycanlı qətlə yetirilib.
Miq.az APA-ya istinadən xəbər verir ki, hadisə mayın 2-də baş verib. Taksi fəaliyyəti ilə məşğul olan 1996-cı il təvəllüdlü azərbaycanlı 47 yaşlı sərnişini tərəfindən bıçaqla qətlə yetirilib.
Rusiya İstintaq Komitəsinin Ryazan vilayəti üzrə Baş İstintaq İdarəsinin yaydığı məlumata əsasən faktla bağlı RF Cinayət Məcəlləsinin 105.1-ci maddəsi (Qəsdən adamöldürmə) cinayət işi açılıb. İstintaqın versiyasına görə, mayın 2-də gecə saatlarında şəxsi "Nissan Almera" avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olan azərbaycanlı (adı açıqlanmır) sərxoş vəziyyətdə olan 1961-ci il təvəllüdlü sərnişini tərəfindən bıçaqlanıb. Sərnişin azərbaycanlı gəncin boğaz nahiyəsinə bıçaqla zərbələr endirib. Azərbaycanlı gənc maşından çıxaraq kömək çağıra bilib. Onu xəstəxanaya çatdırıblar. Lakin azərbaycanlı gəncin həyatını xilas etmək mümkün olmayıb. Qətli törədən şəs tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Yerli KİV-lərin yaydığı məlumata görə, azərbaycanlı gənc atası ilə birlikdə Ryazanda yaşayıb, anası isə Azərbaycanda yaşayır. Mərhumun dörd aylıq körpəsi var.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR