Rusiyada GÜCLÜ YANĞIN: 10 nəfər öldü - VİDEO

Rusiyada GÜCLÜ YANĞIN: 10 nəfər öldü - VİDEO
Rusiyanın Novosibirsk vilayətində anbarda baş verən yanğın nəticəsində 10 nəfər ölüb.

Miq.az report-a istinadən xəbər verir ki, cəsədləri aşkarlanan şəxslər anbarda işləyirmişlər.  
Qeyd olunub ki, bu, ilkin məlumatdı və hadisənin təfərrüatı araşdırılır.
Yanaraq ölənlər Çin və Tacikistan vətəndaşlarıdır. Yanğın Novosibirsk vilayətindəki Çernoreçensk qəsəbəsində baş verib və 2000 kvadrat metr ərazini əhatə edib. Yanğın lokallaşdırılıb.
Rusiya Fövqəladə Hallar Nazirliyinin Novosibirsk vilayəti üzrə Baş İdarəsindən bildiriblər ki, yanğın ayaqqabı istehsal edilən anbar tipli binada qeydə alınıb. Anbarda ayaqqabı istehsalı üçün nəzərdə tutulan materiallar və hazır məhsullar yanıb. Bu matarealların güclü zəhərli tüstü buraxdığı bildirilib. 

Hazırda yanğının tam söndürülməsi üzrə işlər davam etdirilir. 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az