Rusiyada iki azərbaycanlı həmvətənlərini hədələyərək pul tələb ediblər

Rusiyada iki azərbaycanlı həmvətənlərini hədələyərək pul tələb ediblər

Rusiyanın Bryansk vilayətində həmvətənlərinə hədə-qorxu gələrək ondan pul tələb edən iki Azərbaycan vətəndaşı saxlanılıb.

 Rusiya KİV-nə istinadən verilən xəbərə görə, vilayət prokurorluğu 1980-ci il təvəllüdlü Qəzənfər İsmayılov və 1968-ci il təvəllüdlü Ramazan Feyzullayevə qarşı cinayət işini məhkəməyə göndərib./Oxu.az/

İstintaqın versiyasına görə, R.Feyzullayev və Q.İsmayılov 2015-ci ilin avqustundan dekabr ayına qədər tanışları olan həmvətənlərinə Rusiya ərazisindən ekstardisiya ediləcəyi bəhanəsiylə hədə-qorxu gələrək sonuncudan 160 min rubl (3800 man) pul tələb edib.

Cinayət işinin istintaqı zamanı təqsirləndirilən şəxslər ittihamları tam qəbul ediblər.

Belə cinayət törətdiklərinə görə, onlar 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə üzləşə bilərlər.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az