Rusiyada yeni səfərbər olunanlar müqaviləli hərbçiləri döydü...-Onlarla xəsarət alan var...

Rusiyada yeni səfərbər olunanlar müqaviləli hərbçiləri döydü...-Onlarla xəsarət alan var...

Moskva yaxınlığındakı hərbi hissədə müqavilə ilə xidmət edənlər yeni səfərbər olunanlara hədə-qorxu gələrək onlardan bəzi şəxsi ləvazimat və mobil telefonları almaq istəyiblər. Amma "cavan"lar sadəcə olaraq "qoca”ları döyüblər.

Moderator.az xəbər verir ki, bu barədə Rusiyanın "Baza" teleqram-kanalı yazıb.
 
Hərbçilər arasında qarşıdurma səfərbərliyə çağırılan kişilərin toplanıldığı Moskva yaxınlığında yerləşən Alabino kəndindəki hərbi hissədə baş verib. Bölməyə təhkim olunan hərbçilər yeni gələnlərdən paltar və mobil telefon tələb etməyə başlayıblar. Onlar isə tələblərə yumruqla cavab veriblər. Nəticədə kütləvi dava olub. "Baza”nın məlumatına görə, 20-yə yaxın "qoca” döyülüb. Döyülənlər yalnız hərbi hissənin otaqlarından birində özlərini kilidləməklə xilas ola biliblər. Və oradan polis çağırıblar.
 
Hərbi polis və Daxili İşlər Nazirliyinin əməkdaşları Alabino şəhərinə gəliblər. Sonda dava edənlərdən heç biri polisə ifadə verməyib.
 
Xatırladaq ki, sentyabrın 21-də Rusiya prezidenti Vladimir Putin "qismən səfərbərlik" elan edib. Nəticədə yüz minlərlə kişi Rusiyadan qaçıb...



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az