Rusiyalı iş adamı German Sterliqov Moskvadan Dağlıq Qarabağdakı ailəsinin yanına qayıdıb. Vətəninfo.az-ın məlumatına görə, Modern.az saytı Rusiya KİV-lərinə istinadən bildirir ki, o bu haqda özünün "VKontakte” səhifəsində məlumat yayıb.
Məlumatda qeyd edilir ki, bir neçə gün əvvəl Sterliqov Rusiyanın hüquq-mühafizə orqanlarını Moskvaya qayıdacağı haqda məlumatlandırıb. Sterliqovun Moskvada olduğu müddətdə hüquq-mühafizə orqanları ona heç bir maraq göstərməyiblər, bu səbəbdən milyarder Şuşadakı ailəsinin yanına qayıdıb.
Sterlirovun sözlərinə görə, bunu Azərbaycan və Rusiya KİV-lərindəki "böhtanlara” cavab vermək üçün edib. Biznesmen deyib ki, Qarabağda Rusiya polisindən gizlənməyib.
Sterliqov böhtanla bağlı ona və vəkilinə qarşı qaldırılan cinayət işindən də danışıb. Biznesmen onun Dağlıq Qarabağa qayıtmaması üçün hüquqi mexanizmlərdən yararlanmağa çalışan İsrail və Azərbaycandakı provokatorlara tüpürdüyünü də açıq-aşkar bəyan edib.
German Sterliqov işğal altındakı Qarabağa icazəsiz gəldiyindən Azərbaycan Xarici İşlər Nazirliyi onu "arzuolunmaz şəxs” elan edib və adını "qara siyahı”ya salıb.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL