Rusiyanın Ermənistandakı səfiri dəyişdirilir

Rusiyanın Ermənistandakı səfiri dəyişdirilir
Tezliklə Ermənistanda Rusiya Federasiyasının yeni fövqəladə və səlahiyyətli səfiri təyin ediləcək.

Publika.az xəbər verir ki, bu haqda Ermənistanın "Joxovurd” qəzeti yazıb.
"Məsələ ondadır ki, 2018-ci il martın 22-də səfir İvan Volınkin 5 illik vəzifə müddəti başa çatır. Ümumiyyətlə, səfirlər 3 və ya 5 illik müddətə təyin olunurlar, sonra isə yenisi ilə əvəzlənir. Böyük ehtimalla, dörd ay sonra Rusiyanın yeni səfiri təyin ediləcək”, - erməni nəşri qeyd edib.
Qəzet bildirir ki, yeni səfirin kim olaağı hələlik məlum deyil.
Xatırladaq ki, Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin noyabrın 27-də Rusia prezidenti Vladimir Putin fərmanı ilə geri çağırılıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az