Rusiyanın tərkibindəki respublikalar müstəqil olmalıdır - Mişeldən SENSASİON TƏKLİF

Rusiyanın tərkibindəki respublikalar müstəqil olmalıdır - Mişeldən SENSASİON TƏKLİF

"Rusiya öz tarixi ərzində müxtəlif əraziləri "Moskva və Sankt-Peterburq diktaturasına" tabe etdirib və indi bu ölkənin "dekolonizasiyaya" ehtiyacı var".

Publika.az xəbər verir ki, bu barədə siyasi şərhçi Keysi Mişel "The Wall Street Journal” qəzetinə yazdığı məqaləsində bildirib.

Məqalə müəllifi Rusiyanın Xarici işlər naziri Sergey Lavrovun Afrika mediası üçün məqaləsini xatırladıb və qeyd edib ki, Rusiya Qərb dövlətlərindən fərqli olaraq heç vaxt müstəmləkəçilikdən əl çəkməyib.

Publisistin fikrincə, Rusiya eyni zamanda kamprasiyanı - Qafqazı, Krımı, Arktikanı, Volqadan Sakit Okeana qədər əraziləri müstəmləkələşdirərək Avropa imperiyaları kimi xaricdə deyil, quruda hökmranlıq edib.

Misel köşə yazısında vurğulayır: "Rusiya tam "müstəmləkəsizləşdirilənə" qədər qlobal sabitliyə və təhlükəsizliyə təhdid olaraq qalacaq”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az