Rövşən Lənkəranskinin killerinə hökm oxundu

Rövşən Lənkəranskinin killerinə hökm oxundu

"Qanuni oğru” Rövşən Caniyevin cinayətkar qrupuna daxil olan killer Nazim Hümbətova hökm oxundu.

Vizualxəbər verir ki, "Topal” ləqəbli Nazim Hümbətov 2003-cü ildə rəqibin qətlinə görə 13 il müddətinə ciddi rejimli koloniyada həbs cəzası çəkəcək.

2000-ci illərin əvvəllərində Rövşən Caniyev (Lənkəranski) Moskvada azərbaycanlıların bazarına nəzarət edirdi. Təbii ki, daima mübahisələr, digər cinayətkar qruplar ilə münaqişələr yaranırdı.

Məhz belə mübahisələrdən birində Hümbətov Caniyevə məxsus əraziyə namizəd olan İlqa Hüseynovu güllələyib.

Bu işin istintaqını aparan müstəntiqlər tez bir zamanda Hüseynovu kimin öldürdüyünü müəyyən ediblər. Amma "Topal” artıq qaçaq idi və saxta pasport əldə etmişdi.

Killer 10 il ərzində gizlənib, 2013-cü ildə Moskvada həbs olunub./Oxu.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az