Taleh Bağırzadənin vəkili: “Üzərində çox ciddi xəsarətlər var idi…”

Taleh Bağırzadənin vəkili: “Üzərində çox ciddi xəsarətlər var idi…”

 

Müsəlman Birliyi Hərəkatının həbs edilmiş sədri Taleh Bağırzadənin (Bağırov) vəkili Cavad Cavadov media vasitəsilə baş prokuror Zakir Qaralova müraciət edib. Müraciətdə deyilir:

"Taleh Bağırovun hüquqlarının müdafiəsi üçün qardaşı ilə müqavilə bağladıqdan sonra, 01.12.2015-ci il tarixdə vəkil orderini, vəsiqəmin surətini qanuna müvafiq qaydada istintaqı aparan Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsinə təqdim etmişəm (Baş Prokurorluq vasitəsi ilə). Eyni zamanda 01.12.2015-ci il tarixdə Taleh Bağırovun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nəsimi rayon Məhkəməsinin 27.11.2015-ci il tarixli qərarından apellyasiya şikayəti vermişəm. 02.12.2015-ci il tarixdə işə apellyasiya qaydasında baxılmış və şikayətim təmin edilməmişdir. Taleh Bağırov apellyasiya məhkəməsinə saxlanıldığı Baş Mütəşəkkil cinayətkarlıqla Mübarizə İdarəsində gətirilimişdir. Onunla konfidensial ünsiyyət saxlamaq mümkün olmadı, üzərində görünən çox ciddi xəsarətlər var idi, halsız idi. Ona elan olunmuş ittihamda özünü təqsirli hesab etmir. Hazırkı vaxtadək onunla vəkil kimi görüşmək imkanı yaradılmır və ailəsinin ona göndərdiyi paltar, digər zəruri ləvazimatlar qəbul edilmir. "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanunun və Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən Məhkəmə qərarına əsasən həbs olunmuş şəxs müvəqqəti saxlama yerində 24 saatdan artıq saxlanıla bilməz və bu müddət bitənədək o, istintaq təcridxanasına keçirilməlidir. Taleh Bağırovun təqsirləndirilən şəxs kimi hüquqlarının təmin edilməsi, o cümlədən müdafiə hüququnun təmin edilməsi, mümkün ola biləcək işgəncə hallarının araşdırılmasını xahiş edirəm.

Eyni zamanda bu hüquqlarımın təmin edilməsi üçün məhkəmə nəzarəti qaydasında şikayət verirəm”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az