Sevgilisini döyüb, zorlamaq istədi - Bakıda

Sevgilisini döyüb, zorlamaq istədi - Bakıda
Bakı sakini 1980-ci il təvəllüdlü Aynur Əlizadə (ad şərtidir) polisə müraciət edərək, sevgilisi tərəfindən döyüldüyünü bildirib.
Musavat.com-un verdiyi xəbərə görə, 35 yaşlı qadın müraciətində deyib ki, sevgilisi onu bağ evində zorlamaq istəyib.
Yeni tanış olduğu Şəmsi adlı şəxs onu Qala qəsəbəsində yerləşən bağ evinə aparıb. Şəmsi adlı şəxs A.Əlizadə ilə cinsi münasibətdə olmaq istəyib. Lakin o, müqavimətlə qarşılaşıb. 
Bundan sonra həmin şəxs qadını zorlamağa cəhd edib. İstəyinə nail ola bilməyən kişi qadını döyərək, ona xəsarət yetirib. Sonda A.Əlizadə bağ evindən qaçmağa nail olub.
Qadının müraciəti əsasında Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az