Kredit təşkilatının əməkdaşı itkin düşdü – Bakıda

Kredit təşkilatının əməkdaşı itkin düşdü – Bakıda

Azərbaycanda kredit təşklatının əməkdaşı itkin düşüb.

VİZUAL.az xəbər verir ki, bu barədə "Facebook” sosial şəbəkəsində məlumat yayılıb. Məlumatlarda Pərviz Əlibəyli adlı Azərbaycan vətəndaşından bir müddətdir ki, məlumat alına bilinmədiyi qeyd olunub: "TƏCİLİ!!! Yaxın dostum itkin düşüb. Son dəfə o, 20 saylı məktəbin və Əzizbəyov heykəlinin yanında olub. Başqa heç bir məlumat yoxdur, polis onu tapa bilmir. Evdə onu ailəsi - 8 aylıq qızı, həyat yoldaşı və valideynləri gözləyir. Zəhmət olmasa onu görənlər (051) 716 55 45, (051) 764 93 03 nömrələrinə zəng edərək əlaqə saxlasınlar”.

İtkin düşmüş şəxsin "Facebook” hesabında isə onun 2013-cü ildən "Merkuri” qeyri-bank kredit təşkilatında çalışdığı qeyd olunub.|aznews.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az