Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə rayonun Bəcirəvan kəndində qeydə alınıb. Həmin kəndin sakini 17 yaşlı Məhəmməd Qarayev əmisinin həyat yoldaşı Şəmsiyə Məmmədova tərəfindən bıçaqlanıb. Yaralı dərhal Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Xəstəxanadan bildirilib ki, yaralının vəziyyəti ağır olduğundan əməliyyat olunub:
"M.Qarayev altı bıçaq zərbəsi xəsarəti ilə xəstəxanaya gətirilib. Çoxsaylı kəsilmiş-deşilmiş yaraları olan xəstə əməliyyat olunduqdan sonra Reanimasiya şöbəsinə yerləşdirilib və vəziyyəti ağır olaraq qalır".
Hadisəni törədən S.Məmmədova Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb və istintaqa cəlb olunub.
Qeyd edək ki, hadisənin qisas zəmnində baş verdiyi bildirilir. Belə ki, ötən il S.Məmmədovanın oğlu Adil Qarayev kanlada çimərkən boğulub. A.Qarayev boğulan zaman onun əmisi oğlu M.Qarayev də onun yanında olub. S.Məmmədova oğlunu M.Qarayevin suda batıraraq boğduğunu iddia edib və cinayəti oğlunun qisasını almaq üçün törətdiyini bildirib.
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”
Rəsmi Bakı CNN-in yaydığı məlumatları rədd etdi – Bəyanat