Səddam Hüseynin ən qəribə vərdişi: Dəhşətli dərəcədə…
Miq.Az moderator.az istinadən ayrı məkan və zaman çərçivələrində yaşamalarına baxmayaraq, bir-birilərinə qəriblikləri və qeyri-adilikləri ilə çox bənzəyən diktatorları təngə gətirən xəstəliklər haqqında yazını təqdim edir:
Səddam Hüseyn– dəhşətli dərəcədə şokolad və şirniyyat həvəskarı idi. Bu aludəçilik onun səhhətinə zərərli olsa da, sabiq İraq lideri ömrünün axırına qədər sevimli şokoladından əl çəkmədi. Fərziyyələrə görə, Səddam 2006-cı ildə ABŞ əsgərlərinə yaxalandığı məşhur hadisə zamanı yanında üzərində şokolad var imiş. Səddamın yaxalanan andakı vəziyyətini, sirkin üst-baş və natəmiz saç-saqqalının əks olunduğu görüntüləri əksəriyyət görüb. Amma həmin anlarda da şokoladdan ayrıla bilməməsi Səddamın qəribə şakərinə əsl sübutdur.
Muammər Qəddafi– 2011-ci ildə xalq tərəfindən linç edilən Qəddafinin qəribə vərdişi isə üz cizgilərinin daim qəzəbli və hökmlü görünməsinə çalışmaq idi. O bunun üçün xüsusi reseptlərdən istifadə edir, dəvə südünü tez-tez içirdi. Dəvə südünün insan zabitəsinə müsbət təsiri barəsində çox eşitmişdi. O, üz cizgilərindən qəzəbin əskik olmaması üçün hətta plastik əməliyyatdan da vaz keçmirdi. İtalyan həkim tərəfindən üz cizgiləri iki dəfə estetik əməliyyata məruz qalıb. Onun qəribə xəstəliyi ilə bərabər, qəribə xəstəliyi də var idi. O, hər gün mədə və bağırsaq köpündən əziyyət çəkirdi. Yeməyinə isə diqqət edə bilmirdi.
Alolf Hitler– Nasist Almaniyasının lideri də mədə köpündən dəhşətli dərəcədə əziyyət çəkərdi. Məhz buna görə vegetarian olmağa məcbur qalmışdı. Çünki ağır kalorili ət yeməkləri onun pozuq mədə-bağırsaq sisteminin fəaliyyətini daha da bərbad edirdi.
Uinston Çörçill–İngiltərənin baş naziri uğradığı xəstəlik səbəbindən zərrə qədər də olsa alkoqoldan istifadə edə bilməzdi. Piylənmədən əziyyət çəkən Çörçill ürək-damar sisteminin nizamsız fəaliyyəti və qan dövranının tez-tez pozulması səbəbindən səhhətindən şikayətçi idi. Amma Çörçillə ən çox əziyyət verən xəstəlik isə qəbizlik idi.
Miq.az