"Şəhidlərimiz bizim qəhrəmanlarımızdır" - Polad Həşimovun anası

"Şəhidlərimiz bizim qəhrəmanlarımızdır".

"Report" xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova deyib.

"Vətən müharibəsindən artıq iki il keçir, amma yaramız bizim üçün hələ də təzədir. Bu, valideynlər üçün çox çətindir. Bizim nələr çəkdiyimizi dərdi çəkən bilər, başqa heç kim bilə bilməz. Allah şəhidlərimizə rəhmət eləsin!", - şəhid anası vurğulayıb.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az