Yeni tədris ilinin başlanması, qış mövsümünün yaxınlaşması ilə əlaqədar olaraq Bakı metrosunun bütün stansiyalarında sərnişin axınının nəzərə çarpacaq dərəcədə artması proqnozlaşdırılır ki, bu da maksimum hərəkət ölçüləri - saatda 30 cüt qatar hərəkət qrafikinin istifadə olunması zərurətini doğurur.
Vətəninfo.az xəbər verir ki, bu barədə "APA-Economics”ə "Bakl Metropoliteni” QCS-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.
Onun sözlərinə görə, bunları nəzərə alaraq sərnişindaşıma qabiliyyətini artırmaq, sərnişinlərə xidmət səviyyəsini yüksəltmək, hərəkət tərkiblərindən daha da səmərəli istifadə etmək məqsədilə sentyabrın 15-dən Bakı metrosu qış qrafikinə keçir.
Beləliklə qatarların sayı artırılmaqla qatarlararası intervalı da azaldılır. Belə ki, Həzi Aslanov - 28 may stansiyaları arasında hərəkət intervalı 2 - 2.5 dəqiqə (pik və qeyri-pik saatlarda) olacaq. 28 may - Dərnəgül və 28 may - İçərişəhər stansiyaları arasında isə maksimum interval müvafiq olaraq 4-5 dəqiqə olacaq.
Qeyd edək ki, iyul ayından Bakı metrosunda "yay qrafiki" tətbiq edilirdi. Belə ki, xətlərdə saatda 24 cüt qatar tərkibi hərəkət edirdi və qatarlararası interval artırılmışdı.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL