Seysmoloji Xidmət Mərkəzindən əhaliyə zəlzələ xəbərdarlığı

Seysmoloji Xidmət Mərkəzindən əhaliyə zəlzələ xəbərdarlığı

Mərkəzdən verilən məlumatda vətəndaşlara yeraltı təkanlarla bağlı yayılan qeyri-dəqiq informasiyalara inanmamaq tövsiyə olunur: "Zəlzələ təbiət hadisəsi, yerin təkində gedən prosesdir. Seysmoloji Xidmət Mərkəzi olaraq bizim borcumuz baş verən hadisələrlə bağlı cəmiyyəti düzgün informasiya ilə məlumatlandırmaqdır. İnsanlar rəsmi məlumatdan başqa yayılan şayiələrə, qeyri-dəqiq informasiyalara inanmasınlar. Yayılan qeyri-dəqiq məlumatlar insanlara mənfi təsir göstərir”.

Mərkəzdən əlavə ediblər ki, baş vermiş zəlzələ güclü olduğu üçün gün ərzində xırda təkanlar hiss oluna bilər.

Xatırladaq ki, bu gün saat 09:49-da Şəkidən 29 km cənub-şərqdə Şəki ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 7 bal, ətraf rayonlarda 6-5 bala qədər hiss olunub.

Virtualaz.org



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az