Şeyxülislam Allahşükür Paşazadə Şəhid məzarlarını ziyarət etdi

Şeyxülislam Allahşükür Paşazadə Şəhid məzarlarını ziyarət etdi

Sentyabrın 26-da Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə müsəlman din xadimləri və Azərbaycanda fəaliyyət göstərən pravoslav, katolik, yəhudi dini konfessiyalarının rəhbərləri Vətən müharibəsi şəhidlərinin Anım Günü ilə əlaqədar İkinci Fəxri xiyabanı ziyarət ediblər.

QMİ-nin mətbuat xidmətindən verilən xəbərə görə, Azərbaycanın 44 günlük Vətən müharibəsində həlak olmuş Silahlı Qüvvələrimizin şəhid zabit və əsgərlərinin xatirəsi dini konfessiya rəhbərləri tərəfindən ehtiramla yad edilib. Onların şərəfinə "Qurani-Kərim” tilavət edilib, ruhlarına dualar oxunub, məzarları önünə gül dəstələri düzülüb.

Anım tədbirində çıxış edən Şeyxülislam Allahşükür Paşazadə, Dağ yəhudiləri dini icmasının rəhbəri Melih Yevdayev, Roma Katolik kilsəsinin Azərbaycandakı yepiskopu Vladimir Fekete, Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi protoierey Konstantin Pominov, Alban-udi dini icmasının rəhbəri Robert Mobili, Avropa yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovski şəhidlərimizin qəhrəmanlıqları, Zəfərimiz uğrunda şücaətləri və Vətənə məhəbbət örnəyindən danışıb, xatirələrini ehtiramla yad edib, ruhları üçün dualar oxuyublar.
 
 
 
 
 
 
 
 
 
 
 
 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az