Siyasətçinin oğlu toyda rəqqasəni tüfənglə öldürdü - VİDEO

Siyasətçinin oğlu toyda rəqqasəni tüfənglə öldürdü - VİDEO
Hindistanda məşhur rəqqasə və xareoqraf Kulvinder Kaur tüfənglə vurularaq öldürülüb.

Miq.az  Qafqazinfo-ya istinadən xəbər verir ki, rəqqasə Pəncab əyalətində təşkil olunan toy mərasiminə qatılıb.

O, səhnədə çıxış edərkən sərxoş şəxs tərəfindən tüfənglə vurulub. Kaur başından ağır yaralanıb, daha sonra komaya düşüb və xəstəxanada dünyasını dəyişib.

Hadisənin təfərrüatı barədə onun həyat yoldaşı Rajinder Singht məlumat yayıb.

Bildirilib ki, silahlı şəxs siyasətçi Vijay Goyalın oğlu Sanjay Goyaldır. O, Kaur ilə rəqs etmək istəyib, lakin ona maneə olublar. Sanjay isə əsəbilərini cilovlaya bilməyib, rəqqasəni tüfənglə öldürüb.

Qeyd edək ki, Kulvinder Kaur bir neçə aydır ki, hamilə idi.

Miq.az 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az