Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) yeni Neft-qaz emalı və Neft-kimya Kompleksində (OGPC) "Abşeron" dəniz yatağından gələcəkdə hasil olunacaq təbii qazın emal imkanlarına dair Fransanın "Total" şirkəti ilə danışıqlar aparır.
Vətəninfo.az-ın "Report"a istinadən verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib. Onun sözlərinə görə, tərəflər bu qazın yeni zavoda cəlb olunması ilə bağlı bir neçə əməkdaşlıq variantını müzakirə edir. Onların arasında hasil olunan qazın alınması və onun Neft-kimya Kompleksində istifadə olunması, eləcə də gələcəkdə ixrac etmək üçün həmin qazın zavodda təmizlənməsi ideyaları yer alır.
Xatırladaq ki, OGPC layihəsinin həyata keçirilməsi çərçivəsində ilk mərhələdə, 2020-ci ildə qaz emalı zavodunun istismara verilməsi planlaşdırılır. İlkin proqnozlara əsasən, "Abşeron" yatağında qaz hasilatına 2020-ci ildə başlanılacaq. Qeyd edək ki, 2009-cu il fevralın 27-də SOCAR və "Total" Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda "Abşeron" dəniz bloku üzrə PSA tipli müqavilə imzalayıb. Layihədə "Total" şirkətinin payı 40%, SOCAR-ın pyı 40%, "Gaz de France SUEZ"in (GDF/SUEZ) payı isə 20% təşkil edir. "Gaz de France" şirkəti 2011-ci ilin iyun ayında "Total"in layihədəki 60%-lik payın 20%-ni alıb. Yatağın kəşfiyyat və işlənmə layihəsinin operatoru "Total" şirkətidir.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR