Soçidə 5 saatlıq danışqıların ana mövzusu məhz bu olub: İsrail İrana dağıdıcı zərbə vuracaq...

Soçidə 5 saatlıq danışqıların ana mövzusu məhz bu olub: İsrail İrana dağıdıcı zərbə vuracaq...

İsrail yaxın 8-10 hətfə ərzində İranı vuracaq...

İsrailin baş naziri Naftali Bennot Rusiyaya səfər edərək Soçidə prezident Vladimir Putinlə beş saat davam edən danışıqlar aparıb. Bu danışıqların ana mövzusunun İranın nüvə proqramının dayandırılması ilə bağlı olduğuna heç bir şübhə yoxdur. 
 
Rusiya ilə İsrail arasında ticarət dövriyəsinin həcmi o qədər kiçikdir ki, Rusiya və İsrail liderlərinin bununla bağlı beş saat danışıqlar aparması qeyri-realdır. Hazırda Rusiya ilə İsrail arasında illik ticarət dövriyyəsi 2 milyard dollardan bir qədər artıqdır. Bu Rusiya ilə Türkiyə arasındakı ticarət dövriyyəsindən 11-12 dəfə azdır. İsraillə Rusiya arasında dünyanın müxtəlif blgələrində Türkiyə ilə Rusiya arasında olduğu kimi rəqabət və əməkdaşlıq mövcud deyil ki, liderlər beş saat danışıqlar aparmaq məcburiyyətində qalsınlar. Halbuki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Putinlə son danışığı cəmi iki saat çəkmişdi. 
 
İsrail üçün əsas məsələ İran atom bombası əldə etməmiş Tehranın nüvə proqramının dayandırılmaısıdır. Təxminən bir ay əvvəl BMT Baş Assambleyasında çıxışında İsrailin baş naziri İranın nüvə proqramının bütün "qırmızı xətləri” keçdiyini və Tehranın nüvə silahı əldə etməsinə imkan verməyəcəklərini bütün dünyaya bəyan etmişdi. İsrail rəsmiləri İranın bu iliin sonuna kimi ilk nüvə silahın hazırlayacağını düşünürlər.  
 
İranın nüvə silahına malik olması Böyük Yaxın Şərqdə oyun qaydaların tamamilə dəyişə bilər ki, bu da Çin istisna olmaqla heç bir böyük dövlətin marağında deyil. Çin istisna olmaqla böyük dövlətlərin heç biri İranın nüvə silahına sahib olmasına yol vermək istəmir. Fikir ayrılığı bu məqsədin hansı yollarla həyata keçirilməsindən ibarətdir. Əksər dövlətlər hesab edir ki, bu vəzifənin öhdəsindən diplomatik yollarla gəlmək olar. İsrail isə hesab edir ki, diplomatik yolla İranın nüvə proqramını dayandırmaq mümkün deyil. Tehranın diplomatik danışıqları uzatmaqla sadəcə vaxt qazandığını düşünən İsrail yeganə çıxış yolunu İranın nüvə obyektlərinin məhv edilməsində görür. Bu vəzifəni həyata keçirmək üçün İsrailin hərbi imkanları mövcuddur.
 
Baş naziri Naftali Bennotun siyasəti bu vəzifəni həyata keçirmək üçün böyük dövlətlərin razılığını almaqdan ibarətdir. Soçidə Putinlə beş saat aparılan danışqıların ana mövzusu da məhz bu olub. Tərəflərin açıqlamalarından belə qənaət yaranır ki, hansısa ümumi razılıq əldə olunub. Əgər bu qənaət yanlış deyilsə, İsrail yaxın 8-10 hətə ərzində İranın nüvə obyektlərinə və hərbi infrastrukturuna dağıdıcı zərbə vuracaq.
 
Xəqani Cəfərli, Politoloq


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az