Stokholmda bayraqlar endirildi

Stokholmda bayraqlar endirildi
Stokholmda dövlət idarələri və təşkilatlar üzərində olan dövlət bayraqları ötən gün baş vermiş terror aktı zamanı həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq endirilib.

Miq.az Trend-ə istinadən xəbər verir ki, bayraqların endirilməsi barədə qərar İsveçin digər regionlarında da qəbul edilib.
Hazırda insanlar insident baş vermiş əraziyə gül-çiçək gətirməkdə davam edirlər.
Xatırladaq ki, ötən gün İsveçin paytaxtı Stokholmda sürücü yük maşınını kütlənin üzərinə sürüb. Nəticədə 5 nəfər ölüb, xəsarət alanlar olub.
İsveç polisi və baş nazir hadisəni terror aktı adlandırıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az