"Sülhə gedən yol təəssüf ki, açılmır" - Türkiyə Prezidenti


"Qış yaxınlaşdıqca Qərb narahat olur".

"Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, Rusiya-Ukrayna müharibəsinin təsirləri fərqli sahələrdə hiss edilir: "Qərb liderləri xalqlarını qışa hazırlaşmağa çağırır. Sülhə gedən yol isə təəssüf ki, açılmır”.

R.T.Ərdoğan söyləyib ki, rəsmi Ankara sülh üçün səmimi səylər göstərən yeganə dövlətdir: "Diplomatik uğurumuz bunun ən yaxşı nümunəsidir. Savaşın ilk günlərində bizi tənqid edənlər indi haqlı mövqeyimizi müdafiə edir”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az