Sultan Məmmədov VƏFAT ETDİ

Sultan Məmmədov VƏFAT ETDİ

Tanınmış ictimai xadim, uzun müddət rəhbər vəzifələrdə çalışmış, Milli Məclisin keçmiş deputatı və komissiya sədri, bir sıra rayonlara rəhbərlik etmiş Sultan Məmmədov vəfat edib. 

Miq.Az xəbər xəbər verir ki, 81 yaşlı S.Məmmədov ötən gün dünyasını dəyişib.
 
 
Qısa tanıtma: Sultan İsrafil oğlu Məmmədov 10 mart 1938-ci ildə Astara rayonunda anadan olub. 1965-ci ildə Bakı Dövlət Universitetini, 1978-ci ildə Bakı Ali Partiya Məktəbini bitirib. 1971-73-cü illərdə Astara şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, 1973-77-ci illərdə Astara rayon partiya komitəsinin katibi, 1977-1980-ci illərdə Astara rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, 1980-1988-ci illərdə Lerik rayon partiya komitəsinin birinci katibi, 1988-1991-ci illərdə Astara rayon partiya komitəsinin birinci katibi, 1992-1995-ci illərdə isə Azərbaycan Respublikası Mənzil-komunnal Təsrrüfatı nazirinin birinci müavini vəzifələrində çalışıb.

Üç çağırış Azərbaycan SSR Ali Sovetinin, Azərbaycan Respublikası Milli Şurasının üzvü, Mənzil-komunnal daimi komisiyasının sədri olub. 1995-2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan-İran dotluq qrupunun rəhbəri kimi fəaliyyət göstərib. Sultan Məmmədov ömrünün 50 ildən çox hissəsini SSRİ zamanında yaşayıb. Həmin vaxtlarda da o, xalqına göstərdiyi diqqət və qayğı ilə yaddaşlarda özünün ali insani keyfiyyətlərinin daşıyıcısı olduğunu təsdiq edib. O, elə o vaxtlardan el arasında özünün "yaxşı adam”, "ağsaqqal” kimi ali titullarını qazanıb.
 
Yorulmaz fəaliyyəti, gərgin zəhməti dövlət tərəfindən də qiymətsiz qalmayıb. Səmərəli fəaliyyətinə görə "Şərəf nişanı”, "Xalqlar dostluğu” ordenləri, bir sıra medallar və fəxri fərmanlarla təltif edilib.

Allah rəhmət eləsin!
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az