Sürücünün başına çəkiclə vurub, maşını qaçırdı - Bakıda

Sürücünün başına çəkiclə vurub, maşını qaçırdı - Bakıda

Bakıda taksi sürücüsü naməlum şəxsin hücumuna məruz qalıb.

VİZUAL.az-a verilən məlumata görə, hadisə Lökbatan yolunda qeydə alınıb.

Metronun "Neftçilər” stansiyası yaxınlığında Fuad Şirəliyev Famil oğlunun avtomobilinə oturan müştəri ona Salyana getməli olduğunu söyləyib. Tərəflər razılaşıb, yola düşüblər.

Müştəri Lökbatan yolunda taksini saxlatdırıb, arxa oturacaqda çantasından əşya götürəcəyini söyləyib. Sonra arxa oturacağa keçər-keçməz çantasındakı çəkiclə taksi sürücüsünün başından vurub.

Sürücüyə xəsarət yetirən naməlum şəxs 90 AD 790 dövlət nömrə nişanlı maşını qaçırıb, sahibini isə yolun kənarına atıb. Avtomobilin içində taksi sürücüsünün sənədləri, mobil telefonu və pulu olub.

Məlumatda bildirilir ki, faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır və cinayəti törədən şəxsin axtarışlarına başlanıb.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az