Tahir Kərimli: "LGBT deyilən murdarlıq xəstəlik deyil, pozğunluqdur, əxlaqsızlıqdır"

Tahir Kərimli:

"Dəfələrlə bildirmişəm ki, LGBT deyilən murdarlıq xəstəlik deyil, pozğunluqdur, əxlaqsızlıqdır. Bu əxlaqsızlığı çöldən də yayırlar, Qərb dünyası da bizə yeridir, içimizdəki murdar xislətlilər də bu işə qoşulublar. Belə şeydən narahat olmaq lazım deyil ki, ay aman, Azərbaycan "ILGA-Avropa” təşkilatının 2026-cı il üzrə "göyqurşağı xəritəsində” 2% göstərici ilə 48-ci yer tutub. Radikallar bunu Azərbaycanda insan hüquqlarının pozulması kimi qələmə verirlər”.


Bu sözləri Pravda.az-a açıqlamasında sabiq deputat Tahir Kərimli deyib.

O vurğulayıb ki, Azərbaycanın xalqının adət-ənənəsi var, qoruyub saxlamaq lazımdır: "Biz qafqazlıyıq! Azərbaycanlıyıq! Türkük! Müsəlmanıq! Bu xarakterimiz bizi formalaşdırıb. O "LGBT murdarlığı bizə aid bir şey deyil, başıaşağılıqdır. Bu sahədə hər hansı tənqidi qəbul etmək lazım deyil. Yenə xatırladıram, Avropa Şurasına daxil olanda bizdən tələb edilirdi ki, müəyyən maddələri Cinayət Məcəlləsindən çıxaraq. Buna kəskin etiraz etdim, lakin qulaq asan olmadı. Həmin maddələr Məcəllədən çıxarıldı və belə "üzdəniraqlığa” hüquqi əsaslar yaradıldı. Tam əleyhinəyəm, "xəritədə” ön sırada olmamağımızdan narahat deyiləm. "Üzdəniraqlara” Azərbaycanda yer olmamalıdır!”


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az