Tehranda hərbi parad keçirilib

Tehranda hərbi parad keçirilib

İranda keçirilən paradda Rusiyadan alınan "S300” zenit-raket kompleksi və uzaq mənzilli "İmad” raketi nümayiş olunub.
 
Tehranda "Müqəddəs Müdafiə” həftəsi münasibətilə keçirilən hərbi paradda ilk dəfə olaraq 1650 km məsafədə yerləşən hədəfi məhv etmə qabiliyyəti olan "İmad” raketləri  nümayiş olunub.

Prezident Həsən Ruhani Nyu-Yorkda səfərdə olduğu üçün parada qatılmayıb. Parada İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri rəhbərlik edib. Tədbiri Tehranda akkreditasiya olunmuş əcnəbi hərbi attaşelər də izləyib.
 
Paradda nümayiş olunan "S300” zenit-raket kompleksi bu yaxınlarda Rusiyadan İrana göndərilib və strateji əhəmiyyətli bölgədə yerləşdirilib. 

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az